Ağdamda keçirilən Ekoloji Məsələlər üzrə İşçi Qrupun iclası başa çatıb.
-nın Qarabağ bürosu xəbər verir ki, İşçi Qrupun heyəti Ağdam rayonu Kəngərli kəndində yaradılan tikinti-söküntü tullantılarının təkrar emalı qurğusunun işi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda təkrar emal qurğusu fəaliyyət göstərir. Bildirilib ki, bu günə qədər 30 min tona qədər tikinti materialı istehsal edib. Alınmış materialdan kəndlərin daxili yollarının tikintisində və digər lahiyələrdə istifadə olunacaq. Həmçinin azad edilmiş digər yaşayış məntəqələrində də, tikinti-söküntü materiallarının təkrar istehsalata qaytarılması üçün bu texnologiyadan istifadə olunur.
***
12:25
Ağdamda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.
-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.
İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edir.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji tədbirlər, regionun biomüxtəlifliyi, mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, Ağdam şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı istiqamətində görülmüş işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji”nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması istiqamətində aparılan işlər, Ağdam şəhərində tətbiq olunan “yaşıl” texnologiyalar, yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə təsirlər, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakşılara məlumat verilmiş, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan təkrar emal fəaliyyətinin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə tətbiqi ilə bağlı məsələlər müzakirə edilir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tezliklə həllini tapmalı olan bir neçə ekoloji məsələyə toxunub və İşçi qrupdan bu məsələlərin həllini nəzarətə götürməyi xahiş edib.
İşçi qrupun rəhbəri tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın olduğu qeyd edilib. Eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə məlumat verilib.
***
11:26
Ağdamda Ekoloji Məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilir.
-nın Qarabağ bürosu xəbər verir ki, iclas işğaldan azad edilmiş Ağdam şəhərində keçirilir. Ağdam Konfrans Mərkəzində baş tutan tədbirdə işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, müxtəlif dövlət qurumlarının əməkdaşları və işçi qrupunun heyəti iştirak edir.