Ağdaş rayonunun Xosrov kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 55 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müstəqil.Az