Cəmiyyətin 40 faizi ağız qoxusundan əziyyət çəkir.
Araşdırmalar nəticəsində məlum olub ki, ağız qoxusundan daha çox kişilər əziyyət çəkir. Bundan əziyyət çəkənlərin çoxusu bu problemlərindən xəbərsizdilər.
Moderator.az xəbər verir ki, anlaşmalı boşanmalarda həyat yoldaşının ağzından qoxu gəlməsi səbəbi getdikcə daha çox önə sürülür. Eyni zamanda iş yerlərində bir çox insanların ağız qoxusu ucbatından işdən azad olunması halları da olub.
Ağız qoxusu ictimai yerlərdə rahat danışmağın qarşısında duran maneədir. Bunun başlıca səbəbi ağızda toplanan sulfat birləşmələridi. Sulfat birləşmələrini yox edilməsi üçün saqqız, sümürmə nanəli konfetdən istifadə etmək olar.
Bu sahə üzrə mütəxəssis Selda Avcı gün ərzində 30-40 dəfə saqqız, ya nanəli konfetin qəbulunun bu problemin qarşısını gün boyunca ala biləcəyini bildirib. Mütəxəssis bu problemin tamamilə həll edilmsi üçün çinka və xloreksidin qarışımından yeni Solüsyon məhsulunun hazırlandığını bildirib. Ağız qoxusunu qarşısını almaq üçün ilk olaraq ağıza vaxtında qulluq etmək, daha sonra dişdə qalan qida qalıqlarının təmizlənməsi vacibdir. Bununla yanaşı diş ətinə qulluq, istifadə edilən diş brekit və protezlərinin tez-tez yoxlanılması, suyun daha çox içilməsi, siqaret və şəkərin qəbulunun azaldılması da vacibdir.