Ağlamıram İlahi,yanağıma yaş dəyir!-YUNUS ƏFƏNDİDƏN yeni şeirlər…

Müstəqil.Az  şair YUNUS ƏFƏNDİNİN yeni şeirlərini təqdim edir:

Ya ürəyim qırılsın, ya kəndirim ilahi !
Bitirməkdən ölmuşəm hər doğulan ağrını.
“Əlləri gül”yenə də toxunanda səbrimə,
Parça- parça edirəm bu yığılan ağrını.

Səbrimin üst qatına agac dəyir, daş dəyir
Ağlamıram ilahi, yanağıma yaş dəyir.
Məni yaman soyudur ürəyimə qış dəyir,
Üstünə köz yıgıram bu dağ olan ağrının.

Heç ümidlə açılmaz nə pəncərə, nə qapı
Sən ey həsrət günlərin qəlbindəki əzabı,
Şeirlərdə oxunar ürəyimin mizrabı,
Apar quş dimdiyində bu çoxalan ağrımı.

Mənə yer uzaq oldu,mənə dunya kiçikdi,
Eh, nə yaman tələsdim,eh yenə də bezikdim.
Mən hamının getdiyi göruşlərə gecikdim,
Elə hey gözləyirəm bu sağalan ağrımı..

 

Sənin kimi duşməmişəm yadına,
Bir yad kimi unudulub qalmışam.
Cırmaqlayıb cıxarmışam qəlbimi,
Canım çıxıb uyudulub qalmışam.

Hər nəfəsim tək səbirə tuş gəlib,
Ovuc -ovuc göz yaşında çimmişəm.
Mən yenə də ölməmişəm İlahi,
Darıxmaqdan, tənhalıqdan sınmışam.

Hər bərənin ustündə bir gözətçi,
Bir yol da yox,kəsə gedəm, düz çatam.
Bir yol tapsaz, gəlin mənə deyin ki,
Ayrılıqdan ölməyimə tez çatam..

 

Agrilar itdi deyim…?!
İtmədi ,dən -dən oldu
Məni kimlər səslədi,
Ağrıdan tən- tən oldum

Yuvamin isti yeri
Ağrı çəkdi, dağ oldu.
Mən bu düşən qəzadan,
Bir urəyi sağ oldum

QÜrbət elin havası
Zəhərdimi, İlahi!
Mən gecədən çıxmışam?
Səhərdimi İlahi?!

Yunus Efendi

Share: