Kulis.az həyatımızı dəyişəcək 20 aforizmi təqdim edir.
1. Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. Epikür
2. Əgər ədəbiyyat üçün bir şey etmək istəyirsinizsə – oxuyun. Amerikan deyimi
3. Demək istədiyini çoxları deyə bilir. Ən böyük sənətkarlıq demək istədiyindən başqa bir şey deməməkdir. Əbu Turxan
4. Bağışlamaq istəyi ya qorxudan, ya gücsüzlükdən, ya da fədakarlıqdan irəli gəlir. Fransua de Laroşfuko
5. Bir sufidən Diogenə tövsiyə: həqiqi filosofun kənar təsirlərdən azad olmaq üçün çəlləyə girməyə ehtiyacı yoxdur. Əbu Turxan
6. Ən tez quruyan göz yaşıdır. Mark Tulli Siseron
7. Yaş olma, – sıxarlar, quru olma, – sındırarlar. Atalar sözü
8. İblisin gücü onun mələk səbrindədir. S.Y.Lets
9. Deməyə bir sözün olmadıqda doğrunu söylə. Mark Tven
10. Oxumaq, oxumaq, yenə də oxumaq, çünki onsuz da iş tapmayacaqsan. Viktor Konyaxin
11. İşığı heç kim kor qədər sevə bilməz. Viktor Hüqo
12. Qadın çox şey istəyir, amma birindən. Kişi bir şey istəyir, amma çoxundan. Konstantin Melaxin
13. Əgər xanım “yox” deyirsə, bu “ola bilər” deməkdir; əgər o “ola bilər” deyirsə, bu “hə” deməkdir; əgər “hə” deyirsə, o xanım deyildir. Fransız deyimi
14. İslam, müsəlmanların dörd qaynanasının olmasına izn verir. Aleksandr Redkin
15. Ölmədən öncə ölmək lazımdır. Məhəmməd peyğəmbər
16. Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən də susmaq lazım gəlir, duymaq üçün. Şəms Təbrizi
17. Xatirə görüşün bir növüdür. Cübran
18. Tale getmək istəyəni aparır, istəməyəni sürüyür. Kleanf
19. Kitabsız ev, pəncərəsiz otaq kimi bir şeydir.
Xoras Mann
20. Əsl kişi odur ki, qadının doğum gününü dəqiq yadda saxlayır, amma yaşını heç zaman xatırlamır.
Faina Ranevskaya