Əbülfət MƏDƏTOĞLU
Ağrıyan ürəyimi
Bükmüşəm nəm dəsmala…
Ürəyimlə bərabər
Hopubdu qəm dəsmala…
Qopan ağır daşımdan
Tüstü qalxıb başımdan…
Tapşır, sən göz yaşımdan –
Məni bu dəm dəsmala!
Didəmi duz deşibdi
Dərin, həm üz deşibdi…
Görəsən düz deşibdi? –
Dammayıb kəm dəsmala!
Kömək ol, yol sapmayım
Sapsam heç yol tapmayım!
Gözünü sil , toplayım –
Cəmləyim , cəm, dəsmala!