Ağstafada dəm qazından ölən şəxsin adı məlum olub.
Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Mustafa Alı oğludur.
10:47
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
İki kişi dəm qazından zəhərlənib. Biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hər iki şəxs yaşadığı evdə dəm qazından zəhərləniblər.
Bildirilir ki, hər iki şəxs kənddə qonaq olublar.