Ağstafada üçmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Ağstafa şəhərində üçmərtəbəli yaşayış binasının (mərtəbələrarası arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 2-ci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan mənzilin tavanı 5 kvadratmetr sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan mənzilin döşəməsi 2 kvadratmetr sahədə və ümumi sahəsi 80 kvadratmetr olan mənzilin döşəməsi 5 kvadratmetr sahədə yanıb.
Hər üç mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.