Ağsu rayonunda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam etdirilir.
Müstəqil.az xəbər verir ki, bu barədə Trend-ə Ağsu rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda rayon ərazisində 66 ev yenidən inşa olunur. Həmin evlərin 47-si Fövqəladə Hallar Nazirliyi, 19-u isə Heydər Əliyev Fondu tərəfindən tikilir:
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.