Avropa İttifaqı ölkələrində təlim keçən ukraynalı əsgərlərin sayı 40 minə çatıb, yayın sonuna qədər bu rəqəmin artması barədə razılığa gəlinib.
xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən qeyri-formal görüşünün yekunlarına dair mətbuat konfransında deyib.