Aİ Ermənistan ərazisinə göndərilən missiyanın mandatını uzatmaq istəyir?

Aİ Ermənistan ərazisinə göndərilən missiyanın mandatını uzatmaq istəyir?

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə göndərilən müşahidə missiyasının işini müsbət qiymətləndirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Brüsseldə yüksəkvəzifəli avropalı mənbə açıqlayıb. 

“Müşahidəçilərin iştirakının müsbət effektini müşahidə edirik. Onların mandatı dekabrın 19-u başa çatır. Hazırda gələcək imkanları müzakirə edirik”, – deyə mənbə qeyd edib. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.


Share: