“Rusiya vətəndaşlarının müəyyən kateqoriyalarına Avropa İttifaqına vizaların verilməsi davam edəcək”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
“Vizaların verilməsi hər bir konkret hal və xüsusən də konkret insan qrupları üçün fərdi əsasda davam edəcək” deyən Borrell əlavə edib ki, Aİ özünü Ukraynadakı müharibəyə qarşı çıxan ruslardan, Rusiyanın vətəndaş cəmiyyətindən tamamilə ayırmaq niyyətində deyil.
Qeyd edək ki, avqustun 31-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq qərarına gəliblər ki, bu da verilən vizaların sayının azalması və onların alınması prosesinin çətinləşməsi deməkdir.
Eyni zamanda, xarici işlər nazirləri Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə tam qadağa qoyulması ilə bağlı razılığa gələ bilməyiblər, çünki bir çox dövlətlər qadağaya qarşı çıxıblar.