“Gürcüstan uzun yol qət edib. Gürcüstan və hökumətinə namizəd statusu verilməlidir”.
-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.
“Bu, strateji qərardır və liderlər tərəfindən qəbul edilməlidir. Düşünürəm ki, bizim təkliflərimiz aydındır”, – Aİ komissarı əlavə edib.
O, yekun qərarın Aİ Şurası tərəfindən qəbul ediləcəyini bildirib, Gürcüstan xalqını və hökumətini bu istiqamətdə işləməyə davam etməyə çağırıb.
Qeyd edək ki, 15-16 dekabr tarixlərində Aİ Şurası tərəfindən Gürcüstana namizəd statusunun verilməsi gözlənilir.