“Aİ-nin Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı deyib.
“Avropanın Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb”, – deyə Lyayen bildirib.
O vurğulayıb ki, Rusiya səkkiz ay ərzində Avropaya qaz ixracını 80% azaldıb.