Aİ ölkələri Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin “Rifahın Mühafizəsi” əməliyyatına qoşulmaq qərarına gəlib.
-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrel deyib.
O, bu əməliyyata Aİ-nin “Atalanta” dəniz missiyası çərçivəsində qoşulacaq.
“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə təhlükə yaradır. Bu gün çağırdığım Aİ-nin Daimi Nümayəndələrinin fövqəladə iclasında üzv dövlətlər “Atalanta” əməliyyatı vasitəsilə ABŞ-nin “Prosperity Guardian” əməliyyatına töhfə verməyə razılaşdılar”, – Borrell bildirib.