“Avropa İttifaqı ilə müharibəyə yalnız demokratiya, eləcə də insan və vətəndaş hüquqlarına hörmətsizlik edən ölkələr hazırlaşır”.
-nın xəbərinə görə, bu fikirləri qurumun rəsmi nümayəndəsi Peter Stano Belarus lideri Aleksandr Lukaşenkonun fikirlərinə cavab olaraq səsləndirib.
Qeyd edək ki, bir qədər əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığı barədə bəyanat verib.
O əlavə edib ki, bu məqsədlə ordunun tərkibindəki bütün silahlı birləşmələrə müvafiq tapşırıqlar verilib.
A. Lukaşenkonun sözlərinə əsasən, ordunun komplektləşdirilməsi üçün xaricdən əlavə silah-sursat və hərbi texnikanın idxalı davam etdirilir.
Fərid Azəri