Aİ Rusiyanı vergi cənnətlərinin “qara siyahısına” saldı

Aİ Rusiyanı vergi cənnətlərinin “qara siyahısına” saldı

Avropa İttifaqı Rusiyanı vergi cənnətlərinin “qara siyahısı”na əlavə edib.

Bu qərar simvolik bir tədbirdir, çünki Kreml Ukrayna ərazilərinin işğalından sonra artıq iqtisadi sanksiyalar altındadır.

Hazırda 16 ölkədən ibarət olan siyahıya Rusiya ilə yanaşı, Britaniya Virgin adaları, Kosta-Rika və Marşal adaları da daxil edilib.

Eyni zamanda, Aİ Rusiya ilə vergi məsələləri üzrə dialoqun Ukraynaya qarşı müharibədən sonra kəsildiyini vurğulanıb.

Xatırladaq ki, Aİ fevral ayında Belarus və Rusiya Federasiyasına qarşı yeni sanksiyalar qəbul edə bilər.

Mənbə: rbc.ua

Share: