Aİ Rusiyanın Zaporojye AES ətrafında əməliyyatlarını pislədi

Aİ Rusiyanın Zaporojye AES ətrafında əməliyyatlarını pislədi

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Rusiyanın Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası ətrafında hərbi fəaliyyətini pislədiklərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Borrell bu haqda sosial media hesabında paylaşım edib:

“Aİ Rusiyanın Zaporojye AES ətrafında hərbi fəaliyyətini pisləyir”.

O, nüvə təhlükəsizliyi qaydalarının ciddi və məsuliyyətsiz şəkildə pozulduğunu qeyd edib.

 

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

6 nüvə reaktoru olan və ümumi elektrik enerjisi istehsal gücü 5700 meqavat-saat olan elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Zaporojye Atom Elektrik Stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib.

Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafına hava zərbələri endirilir. Ukrayna və Rusiya bu hücumlarda bir-birini günahlandırır.


Share: