Avropa İttifaqı Şurası cümə axşamı Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində verilən Rusiya sənədlərini tanımamaq qərarına gəlib.
Qərara əsasən, Ukraynanın və Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində, yaxud da orada yaşayan şəxslərə verilən Rusiya pasportları viza almaq və ya sərhədləri keçmək üçün etibarlı sayılmayacaq.
Bildirilib ki, bu qərar ümumi yanaşmanın müəyyənləşdirilməsi, xarici sərhədin və ümumi viza siyasətinin düzgün işləməsinin təmin edilməsi, həmçinin Aİ-yə üzv dövlətlərin təhlükəsizliyi baxımından önəmlidir.
Qərar Aİ-nin rəsmi jurnalında dərc edildiyi gündən qüvvəyə minir.
Mənbə: pravda.com.ua