Avropa Komissiyası noyabrın 22-də Ukrayna hökumətinə daha 2,5 milyard avro makromaliyyə yardımı ayırıb.
Bunu öz “Twitter” səhifəsində Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
“Biz ölkənin sürətli bərpası üçün müntəzəm olaraq 2023-cü il üçün 18 milyard avro ayırmağı planlaşdırırıq. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, – Avropa Komissiyasının rəhbəri əlavə edib.
Xatırladaq ki, noyabrın əvvəlində Avropa Komissiyası Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketini açıqlamışdı. Proqrama əsasən, Ukrayna hər ay 1,5 milyard avro alacaq.
The @EU_Commission is disbursing a further €2.5 billion for Ukraine.
We are planning €18 billion for 2023, with funding disbursed regularly.
For urgent repairs and fast recovery leading to a successful reconstruction.
We will keep on supporting ?? for as long as it takes. pic.twitter.com/X2bVI5PKe9
— Ursula von der Leyen (@vonderleyen) November 22, 2022