Aİ Ukraynaya 5 milyard avroluq yeni yardım paketi hazırlayır

Aİ Ukraynaya 5 milyard avroluq yeni yardım paketi hazırlayır

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya əmək haqqı və müavinətlər də daxil olmaqla, fövqəladə hallarla bağlı xərcləri ödəmək üçün kredit paketi təklif edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” avropalı diplomatlara istinadən xəbər verir.

Bildirilib ki, bu pullar Aİ-nin may ayında Ukraynaya vəd etdiyi 9 milyard avroluq böyük paketin bir hissəsidir. Lakin nəşrin qeyd etdiyi kimi, Avropa Komissiyası ilə Aİ-yə üzv dövlətlər arasında fikir ayrılıqları səbəbindən yardımın ötürülməsi prosesi səngiyib.

“Görüş zamanı yalnız Macarıstan yükün bölüşdürülməsi ilə bağlı narahatlığını nəzərə alaraq qərarı dəstəkləməkdən çəkinib. Macarıstanın Brüsseldəki nümayəndəsi sorğuya dərhal cavab verməyib. Təklifin rəsmi təsdiqi 27 dövlət arasında yekdillik tələb olunur”, – deyə nəşrdə qeyd olunur.


Share: