Avropa İttifaqı Ukraynaya təcili olaraq 5 milyard avroluq makromaliyyə yardımının ayrılması ilə bağlı yekun qərar qəbul edib.
Yardım müharibə zamanı Ukraynanı dəstəkləmək məqsədi daşıyır.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 9-da üzv ölkələrin maliyyə nazirləri Praqada keçirilən qeyri-rəsmi görüş zamanı bu vəsaitin Ukraynaya ayrılmasını dəstəkləyib.
Sentyabrın 15-də qərar Avropa Parlamenti tərəfindən dəstəklənib.
Bu gün isə Avropa İttifaqı Şurası rəsmi qərar qəbul edib.
Mənbə: Yevropeyskaya pravda