Aİ Ukraynaya yardımın şərtlərini açıqlayıb

Aİ Ukraynaya yardımın şərtlərini açıqlayıb

Aİ Ukraynaya yardımın şərtlərini açıqlayıb

Ukrayna may ayında Avropa İttifaqından 1,9 milyard avro yardım ala bilər.

-nın “Pravda”ya istinadən xəbərinə görə, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.

O xatırladıb ki, rəsmi Kiyev mart ayında Ukrayna üçün ayrılan 50 milyard avronun 1,5 milyardlıq hissəsini alıb. Bu məbləğin yerdə qalan ölkənin hesabına köçürülməsi üçün Ukrayna hökuməti təsdiqlənmiş islahat paketini yerinə yetirməlidir:

“Hazırda Avropa Komissiyası hökumətin icra etdiyi islahat proqramlarını qiymətləndirir. Tezliklə bu proses başa çatacaq. Daha sonra Avropa İttifaqı Şurası Ukraynaya daha 1,9 milyard avro vəsaitin ayrılıb-ayrılmayacağına qərar verəcək.”.

Bundan sonra Avropa Komissiyası bu dövlətə 4,5 milyard avroluq ilk dəstək paketini təqdim edib.

Qeyd edək ki, Ukrayna hökumətinin islahatlar paketi martın 8-də elan olunub.

Share: