Oktyabrın 3-də Brüsseldə Avropa İttifaqı ilə İsrail arasında Assosiasiya Şurasının 2013-cü ildən bəri ilk iclası keçiriləcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iclasda İsrail nümayəndə heyətinə Baş nazir və xarici işlər naziri Yair Lapid, Avropa İttifaqına isə xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel rəhbərlik edəcək.
Avropa Şurasından verilən açıqlamaya görə, iclasda enerji böhranı, Rusiya-Ukrayna müharibəsi, ərzaq təhlükəsizliyi, ticarət, iqlim dəyişikliyi, elm və texnologiya, mədəniyyət, insan haqları və demokratik prinsiplər, dini azadlıqlar və mübarizə kimi məsələlərlə yanaşı antisemitizmə qarşı bir çox mövzulara toxunulacaq.
Həmçinin Aİ və İsrail Yaxın Şərq Sülh Prosesinin canlandırılmasını müzakirə olunacaq.
Qeyd edək ki, İsrail-Fələstin probleminin iki dövlətli həllini müdafiə edən Aİ və İsrail arasında Assosiasiya Şurası 2013-cü ildən bəri fəaliyyətsizdir.