Amerikalı bir ailə tərəfindən övladlığa götürülən əkizlər 54 il sonra öz ailələrini tapa biliblər.
Müstəqil.az verir ki, 1960-cı ildə İtalyanın Palermo şəhərində bir ailənin əkiz uşaqları Mariya Konketta Valenziano, Anna Mariya Valenziano Bennet və Lisa Kiler bacıları dünyaya gəlib. Anaları doğuşdan bir müddət sonra vəfat etdiyi üçün onlar amerikalı ailəyə övladlığa verilib. Əkizlər 54 ildən sonra İtaliyadakı ailələrini Facebook vasitəsi ilə tapa biliblər.
Əkizlər ailələrini axtardıqları müddətdən danışıb:
“Gerçək atamızın bizi övladlığa vermək istəmədiyini öyrəndik. Uşaq evi atamızı sənədləri imzalaması üçün məcbur edib və 18 aydan sonra atam sənədləri imzalayıb. Övladlığa verildiyimiz ailə bizim üçün çox pul ödəyib. Biz də neçə ildir pula görə övladlığa verildiyimizi düşünmüşük. Amma həqiqət başqa imiş.”
Bennet bildirib ki, övladlığa verildikləri uşaq evi 1967-ci ildə bağlandığı üçün ailələrini tapmaqda çətinlik çəkiblər. Ancaq onları övladlığa götürən ailə gerçək ailələrinin İtalyan olduğunu deyiblər:
“Bizi övladlığa götürən ailə İtalyan olduğumuzu, soyadımızın Valenziano olduğunu demişdilər. Uşaqkən telefonun yaddaş kitabçasında Valenziano soyadını axtarardım, lakin bir çox Valenziano soyadlı adam vardı. 2000-ci ildə bir məktub yazdım və Palermoda bu soy adlı birilərini tanıyıb tanımadıqlarını və mənə məlumat verib verə bilməyəcəklərini soruşdum. Lakin heç kimdən cavab ala bilmədim”.
2005-ci ildə Facebookda hesab açdığını söyləyən Bennet, 10 il boyunca qardaşlarını axtardığını və nəhayət qardaşı oğlu Alessandro Valenzianonun hesabını tapa bildiyini deyib.
Qardaşı oğlu Alessandronun 1 il ərzində yazdığı mesaja cavab vermədiyib. Sonda onla ailələrinə qovuşa bilib.