“Avroviziya” təmsilçilərimiz olan Aiselə (Aysel Məmmədova) ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, müğənninin atası Firudin Quliyev vəfat edib.
Mərhum musiqiçi Azərbaycan Milli Konservatoriyasının Konsert-Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri idi.
Qeyd edək ki, A. Məmmədova “Avroviziya” mahnı müsabiqəsində 2018-ci ildə iştirak etmişdi.