Türkiyənin məşhur müğənnisi Ajda Pekkan Kuruçeşmedə verdiyi konsertində geyimi ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, müğənninin səhnə imici tamaşaçıların marağına səbəb olub.
O, parlaq və rəngli geyimi ilə göz qamaşdırıb.
Qeyd edək ki, A. Pekkan Bakıda sonuncu dəfə 6 il öncə konsert proqramı ilə çıxış edib. Böyük marağa səbəb olan konsertdə müğənni sevilən mahnıları ilə yanaşı Azərbaycan mahnıları da ifa edib. Xüsusilə, “Ana” mahnısı tamaşaçıların ürəyini oxşayıb.