Akar Zakir Həsənova başsağlığı verdi

Akar Zakir Həsənova başsağlığı verdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akar Ermənistan təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin şəhid olması ilə əlaqədar azərbaycanlı həmkarına başsağlığı verib.

“Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdədir. İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik”.


Share: