Türkiyə orada (Azərbaycanda) haradadır? Türkiyə işin içindədir. Həm masada, həm də meydanda. Hər hansı oldu-bitdi söhbəti müzakirə mövzusu deyil.
Müstəqil.Az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycana sülhməramlıların yerləşdirilməsi barədə danışarkən bildirib.
“Sabah Rusiyadan geniş bir heyət gələcək. Taktiki, texniki olaraq kimin harada dayanacağı ilə bağlı danışıqlar olacaq”, – Akar vurğulayıb.
Müstəqil.Az