Akif Qurbanov barəsində cinayət işi başlanılıb

Akif Qurbanov barəsində cinayət işi başlanılıb

Akif Qurbanov barəsində cinayət işi başlanılıb

III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.

xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bu gün “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

Nazirlikdən bildirilib ki, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri keçirilib.

***

Saat 21:51

“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı -ın sorğusuna cavab olaraq bildirib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.

Share: