Yerevanda və Gümrüdə keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı 85 nəfər saxlanılıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ermənistan polisindən bildirilib.
Qeyd edək ki, aksiyaçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirdilər. 10 noyabrdan etibarən Ermənistanda Paşinyanın əleyhinə kütləvi aksiyalar keçirilir.
Müstəqil.Az