“Aİ Məhsa Əminin qətli və sonra başlayan etirazların zorakılıqla yatırılması səbəbi ilə İrana qarşı məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla bütün variantları nəzərdən keçirəcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) keçirilən Baş Assambleyanın sessiyasında İrandakı vəziyyətlə bağlı çıxış edən zaman deyib.
Borrell məsələnin oktyabrın 17-də keçiriləcək xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcəyini açıqlayıb.