2023-cü ilin sentyabr ayının 10-da Aktivist Rəssamlar Assosiasiyasının üzvləri Şamaxı-Ağsu dolaylarında pelener-sərgi keçiriblər.
Bu haqda Müstəqil.Az-a rəssam Gövhər Məmmədova məlumat verib. Onun verdiyi məlumata görə açıq havada keçirilən “Etüd” adlanan sərgi insanlarda rəsmə olan sevgini bərpa etmək üçün nəzərdə tutulub.: Məqsədimiz hər bir insanı rəssam fırçasından çıxan gözəlliklərlə tanış etməkdir. “Aktivist Rəssamlar Qrupu” olaraq artıq cəmiyyətdə insanlar arasında tez-tez olub rəssamlığın sirlərini əhaliyə çatdırmağa və etüd sərgilər keçirməyə çalışacağıq.”
Tədbirin sonunda Aktivistik Rəssamlar Assosiasiyasının rəhbəri, tanınmış rəssam Nəvai Mətin etüddə iştirak edən bütün rəssamlara sertifikat təqdim etdb, bütün rəssamları gələcəkdə keçiriləcək etüdlərdə uğurladı və bu tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirdi.
Tural Balabəyli