Türkiyəli aktrisa Selin Şəkərci Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğandan üzr istəyib.
Müstəqil.Az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Şəkərci Tvitter hesabında fikirlərini bölüşüb:
“Bir neçə il öncə anlaşılmazlıq yaşanmışdı. Axır ki, onunla görüşmək imkanım oldu və Əminə xanımdan üzr istədim. Üzrümü qəbul etdi və məni anlayışla qarşıladı. Buna görə ona təşəkkür edirəm”.
Müstəqil.Az