“Benim Adım Melek” serialının ulduzu aktrisa Nehir Erdoğanın telefonuna hakerlər hücum edib.
Müstəqil.Az xəbər verir ki, Erdoğan hücum nəticəsində telefonundakı bir neçə şəkilindən olub.
Aktrisa bununla bağlı açıqlama verib:
“Can sağlığımızın və ruzimizin əlimizdən alındığı bu dövrdə telefonumdakı şəkillər olmasa da olar. Təki sağlıq olsun. Mən onsuz da bəzi şəkillərimi siləcəkdim. Hakerlər bu işdə mənə kömək etdilər. Sağolsunlar”.
Müstəqil.Az