Qətərin Doha şəhərindəki “Al Jaber Twin Tower” əkiz qüllələri Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu, 28 May-Müstəqillik Günü münasibətilə təşkil olunub.
Binanın üzərində “Müstəqillik gününüz mübarək” sözləri yazılaraq xarıbülbül gülü də təsvir edilib.
Həmin görüntünü təqdim edirik: