Türkiyəli müğənni Aleyna Tilki Yeni il proqramında iştirak üçün 1 milyon lirə ( 91 min AZN) əldə edəcək.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı Aleyna 31 dekabrda televiziya kanallarının birindəki şou proqramında iştirak edəcək.
Bildirilib ki, sənətçi 1 milyon lirə qarşılığında 3 mahnı oxuyacaq.
Həmçinin, ifaçı Yeni illə bağlı otel və klublardan gələn təklifləri qəbul etməyib.