Alimlər əl sıxışmasının gücü ilə əqli qabiliyyətin arasında əlaqə tapdılar…

Müstəqil.az “The Daily Mail” – ə istinadən xəbər verir ki, Mançester universitetinin alimləri güclü əl tutuşması edən adamların yaxşı əqli qabiliyyətləri ilə fərqləndiklərini aydınlaşdırıblar.
“Biz əzələ gücü ilə beyin sağlamlığı arasında dəqiq əlaqə görürük” – tədqiqat müəlliflərindən biri Cozef  Fert qeyd edib.
Xüsusilə, güclü əl tutan adamlar daha çox məntiqi tapşırıqları vaxtında yerinə yetirir, daha çox rəqəm yadda saxlayır, eləcə də vizual stimula cəld reaksiya verirlər.
Yarım milyondan artıq insanın məlumatlarını təhlil edən alimlər bu qənaətə gəliblər ki, zəif əl tutuşan adamların beynində bəyaz maddələrin (beyin yarımkürəsindəki bəyaz maddələr insanın demək olar ki, bütün həyat fəaliyyətini kordinasiya edir) sıxlığı azdır.

Share: