Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şimpanzelər insanlar kimi, müharibələr zamanı hündürlüyə qalxırlar. Landşaftın yüksəkliklərindən istifadə primatlara ərazi münaqişələrində taktiki üstünlük əldə etməyə imkan verir.
Kot-d’İvuardakı Tai Milli Parkında aparılan bir araşdırma, şimpanzelərin düşmən ərazisinə doğru irəliləyərkən yüksək nöqtələrə qalxma ehtimalının öz ərazilərindən keçərkən iki dəfə çox olduğunu göstərib.
“Şimpanzelər təpəyə qalxır, orada dayanır və topladıqları məlumatlara əsasən ya irəliləyir, ya da geri çəkilirlər. Hündürlük onlara qonşuları, xüsusən də onların sayı və nə qədər uzaq olduqları haqqında məlumat əldə etməyə imkan verir”, – deyə tədqiqatçılar bildiriblər.
Qeyd edək ki, landşaftın yüksəkliklərindən istifadə taktikası qədim zamanlardan məlum olan hərbi texnikadır. Taktiki döyüş insan idrakının təkamülünü şərtləndirən amillərdən biri hesab olunur və indiyədək belə bacarıqlar insanlara xas idi.
Mənbə: Gazeta.ru