Alimlər Öldükdən Sonra İnsan Ruhuna Nə Olduğunun Cavabını Tapdı

Amerikalı fizik Dr. Stuart Hameroff və riyaziyyatçı Sir Roger Penrose’yə görə ruh, beyindəki mikrotubulusların içində (Hüceyrə içində materialların daşınmasını təmin edən kiçik boru şəklindəki strultur) yerləşir. Bu iki alim ruhun bədəndən ayrılma prossesini “Orch-OR” olaraq adlandırır. Buna görə, insan kliniki olaraq öldüyündə, beyindəki mikrotubuluslar kvant halından çıxır, lakin içindəki məlumatları saxlamağa davam edir.
Bu halı kəşf edən Dr. Hameroff nəzəriyyəni belə açıqlayır: “Deyək ki, ürəyiniz və qan dövranınız durdu. Nəticədə də  mikrotubuluslar beyindəki kvant halını itirdi. Buna baxmayaraq mikrotubulusların içindəki məlumatlar yox olmaz, heç bir zaman ola bilməz. Bu məlumatlar sadəcə geniş ölçüdə kainata dağıdılar və yayılar”

O, ölümdən qayıdan xəstələrin vəziyyətini də belə izah edir: “Əgər xəstələr öülüm bir addımlığından dönüblərsə, kvant məlumatları mikrotubuluslara geri dönür. Əgər xəstə həyatını itirərsə də bu məlumatlar bədəndən xaricdə də yaşamağa davam edir. Bir ehtimal ki, ruh olaraq.”

Həmçinin Hameroff’a görə bu ruhlar əslində zamanın başlanğıcından bəri vardır. Özü bu tapıntıları kainatın struktur daşlarından biri olaraq bilinən “Qaranlıq maddə”dən ayrı bir mövzu olaraq görmür.

Müstəqil.Az

Share: