Alimlər qədim heroqliflərlə emojiləri müqayisə etdi

İsrailin Qüdsdə yerləşən muzeyində qədim piktoqramlarla müasir emojilər arasında paralellər aparan “Emoqlif” sərgisi açılıb.

Rambler.ru xəbər verir ki, sərginin kuratoru Şirli Ben-Dor Evian əvvəlcə heroqliflərin məktub kimi necə istifadə edildiyini izah etməyin çətin olduğunu, lakin hazırda sosial şəbəkələrdə bir çoxlarının məhz təsvirlər vasitəsilə ünsiyyət qurduğunu qeyd edib.

Tədqiqatlar bəzi smaylların heroqlif ekvivalentlərinin olduğunu üzə çıxarıb. İki sistem arasında minlərlə il və çox böyük mədəniyyət fərqi olmasına baxmayaraq bəzi heroqliflər və emojilər arasındakı oxşarlıq ekspertlərin təəccübünə səbəb olub.

Ben-Dor Evianın sözlərinə görə, bütün bunlar təsvirin həmişə sözdən üstün olmasından xəbər verir.

Share: