ABŞ alimləri ilk dəfə termonüvə sintezindən bu prosesə xərclədiklərindən daha çox enerji əldə ediblər.
Tədqiqatçılar deyirlər ki, onlar bəşəriyyətə demək olar ki, tükənməz təmiz enerji mənbəyi verə biləcək texnologiya üzərində işləmək üçün böyük bir maneəni dəf ediblər.
Təcrübə Kaliforniyadakı E.Lourens adına Livermor Milli Laboratoriyasının alimləri tərəfindən aparılıb. Sınaqların dəyəri 3,5 milyard dollar təşkil edib.
Bununla belə, ekspertlərin fikrincə, bu cür reaktorların həqiqətən istehlakçılar üçün elektrik enerjisi istehsal edə biləcəyi məqam hələ çox uzaqdır.
Lakin bu təcrübə dünya enerji sənayesində əsl inqilaba səbəb ola bilər.
Mənbə: BBC