Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq iqlimşünaslar qrupu iqlim dəyişikliyinin hazırda Yer kürəsində həyat üçün ekzistensial təhlükə yaratdığını bildiriblər.
Onların fikrincə, 2023-cü ildə baş verən çoxsaylı temperatur qeydləri və hava fəlakətləri böhran vəziyyətindən xəbər verir.
Bildirilir ki, 2023-cü ilin ən isti il olacağı gözlənilir. Planetin bəzi bölgələri həddindən artıq isti ilə, digər ərazilər isə daşqınlarla üzləşib.
İqlim araşdırmaçıları 35 həyat meyarı ilə bağlı son məlumatları tədqiq ediblər. Alimlərin fikrincə, bu il onlardan 20-si rekord səviyyəyə çatıb.
Mənbə: gazeta.ru