Alkoqoldan imtina etmək erkən ölümə yol açır..Alimlər açıqlama verdi

Texas ştatında, Ostina Universitetinin bir qrup alimi alkoqollu içkilər üzərində araşdırma aparıb və qəribə qənaətinə gəlib ki, spirtli içkilərin istifadəsi həyat səviyyəsinə təsir edir.

Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloq Karl Holaqanın rəhbərliyi altında alimlər 20 il 55-65 yaşında, 1800-dən çox adamı əhatə edən tədqiqatlar aparıb. Təcrübə iştirakçıları şərti olaraq 3 qrupa bölünüb: Alkoqolizmdən əziyyət çəkən, alkoqolu az işlədən və qətiyyən içki içməyən adamlar.

Nəticədə məlum olub ki, spirtli içkidən tamamilə imtina edənlər, digər insanlardan daha az yaşayır. İçki içməyən adamların 69% -i 65 yaşına çatana qədər dünyasını dəyişir.

Bu göstərici alkoqolizmdən əziyyət çəkənlər arasında 60%-dir. Alkoqolun bir çox təhlükəli xəstəlikləri doğurmasına baxmayaraq az içən adamlarda arasında göstərici 41% olub.

Alimlər həmçinin qeyd ediblər ki, spirtli içkilərdən birdən və tamamilə imtina etmək alkoqolizmdən daha təhlükəlidir. Tədqiqatın nəticələri “Alcoholism: Clinical and Experimental Research” elmi jurnalında dərc olunub.

Share: