Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən məhkəməyə verilib.
Kulis.az “Mash” teleqram kanalına istinadən xəbər verir ki, ölkənin qaz idarəsi ifaçının 15 min 536 rubl (275 manat) qaz borcu olduğu üçün məhkəməyə müraciət edib.
Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb. Mediada ifaçının yaxın günlərdə Rusiyaya qayıdacağı ilə bağlı xəbərlər tirajlanır.