Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun 8 əsgərinin şəhid olduğu 1083 saylı təpəni ələ keçirən Jandarma Xüsusi Hərəkat birliklərinin hücumunun və qırıcıların bombardmanının görüntüləri yayılıb.
Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Allahu Əkbər” nidaları altında hücuma keçən türk əsgərləri şəhidlərin intiqamını alaraq terrorçulara ağır zərbə vurublar.
Xatırladaq ki, Afrinin Şeyx Mehmedli, Bilalko və Əl-Maski kəndlərinin yerləşdiyi 1083 rəqəmli təpədə tunellərə gizlənmiş 200-dən çox PYD/YPG/PKK terrorçusu Türkiyə əsgərləri və Azad Suriya Ordusunun əsgərlərinə hücum edib. Qarşıdurmada 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb.