Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.
Müstəqil.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
“Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olundu. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.
Bir daha başda cənab Ali Baş Komandan olmaqla, Ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm”.
Müstəqil.Az