Almaniya gələn il Ukraynaya 200 minə yaxın mərmi tədarük etməyi planlaşdırır.
-nın “Frankfurter Allgemeine Sonntagszeitung” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer deyib.
“Almaniya gələn il təxminən 200 min artilleriya mərmisi tədarük edə biləcək. Düşünürəm ki, bu, planlaşdırılan milyonun əhəmiyyətli hissəsidir”.
Breuer eyni zamanda əlavə edib ki, Almaniya sənayesi hazırda istehsalı artırır.