Almaniya İkinci Dünya müharibəsi zamanı törətdiyi cinayətlərə görə üzr istədi

Almaniya İkinci Dünya müharibəsi zamanı törətdiyi cinayətlərə görə üzr istədi

“Almaniya İkinci Dünya müharibəsi zamanı törətdiyi cinayətlərə görə bağışlanmasını istəyir”.

Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 20-də nasist Almaniyasının lideri Adolf Hitlerin doğum günündə deyib.

Onun sözlərinə görə, 1943-cü ilin aprelində Varşavada bir qrup yəhudi alman qüvvələrinə qarşı qiyam qaldırıb ki, bu da o dövrdə ən böyük belə aksiya olub. O qeyd edib ki, çox az günahkar məsuliyyətə cəlb edilib.

“Mən bu gün burada sizin qarşınızda dururam və almanların burada törətdiyi bütün cinayətlərə görə üzr istəyirəm. Almanların burada törətdiyi dəhşətli cinayətlər məndə dərin utanc hissi oyadır”, – deyə siyasətçi etiraf edib.

Qeyd edək ki, bundan əvvəl Polşa hakimiyyəti Almaniyadan İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya tələb edib. Polşanın Baş naziri Mateuş Moraveski deyib ki, Berlin oğurlanmış keçmişi kompensasiya etməlidir.

Mənbə: “Euractiv”

Share: