Almaniya ilə Türkiyə qarşı-qarşıya – Sabah bütün dünyanın GÖZÜ ORADA OLACAQ – VİDEO

Sabah Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Bavariya”-“Beşiktaş” matçı böyük maraqla gözlənilir.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, 75 000 azarkeş tutumu olan “Allianz” arenada keçiriləcək nəhəng qarşılaşmanın artıq bütün biletləri satılıb. Oyun 120 ölkədə canlı yayımlanacaq və 500 milyon futbolsevər tərəfindən izləniləcək.

Türkiyənin ÇL-də yeganə təmsilçisi olan “Beşiktaş”ın Almaniya nəhəngi “Bavariya” ilə bu çətin mübarizədə şansı daha az qiymətləndirilir. Amma təbii ki, hər şey iki oyunun nəticəsindən sonra ortaya çıxacaq.

1/8 finalın növbəti oyunu isə iştirak etdikləri liqanın nəhəng komandaları olan “Çelsi” və “Barselona” arasında baş tutacaq. Bu qarşılaşma digər oyunla eyni saatda, lakin bir gün sonra “Stemford Bric”də keçiriləcək. İki nəhəngin üzləşməsində isə favorit “Barselona”dır.

Qeyd edək ki, “Çelsi”-“Barselona” oyununu türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.

Çempionlar Liqası 1/8 final

“Bavariya” – “Beşiktaş”

“Allianz” Arena. Saat 23:45

***

“Çelsi” – “Barselona”

“Stemford Bric”. Saat 23:45

Share: